Məşhur "Moskva göz yaşlarına inanmır" filminin ulduzu Vera Alentova vəfat etdi

1
0

Rusiyanın Xalq artisti Vera Alentova 83 yaşında vəfat edib.

MediaOnline.Az TASS-a istinadən xəbər verir ki, Vera Alentova bir neçə saat əvvəl Mayakovski Teatrında aktyor Anatoli Lobotski ilə vida mərasimi zamanı özünü pis hiss edib. Xalq artisti üçün təcili yardım çağırılıb. O, xəstəxanaya çatdırılıb, lakin aktrisanın həyatını xilas etmək mümkün olmayıb.

Vera Alentovanın ölümünün ilkin səbəbi kəskin ürək çatışmazlığıdır. Rusiya mediasının məlumatına görə, aktrisanın bir neçə il əvvəl keçirdiyi koronavirus infeksiyası səbəbindən qismən pisləşən ürək problemləri vardı.

Qeyd edək ki, aktrisa 21 fevral 1942-ci ildə Arxangelsk vilayətində anadan olub. Bir sıra məşhur filmlərdə çəkilib. Amma ona dünya şöhrəti qazandıran 1981-ci ildə "Ən yaxşı xarici film" nominasiyasında Oskar mükafatı qazanan Vladimir Menşovun "Moskva göz yaşlarına inanmır" olub.

  • Share:
Günün ən çox oxunanları

Qarsda Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilib - VİDEO

Azərbaycanla Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçirilən "Heydər Əliyev-2026" birgə təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

30 Aprel 2026
Ordu

Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO

Bakıda bağ evlərinin aylıq kirayə qiymətləri 1 000 manatdan başlayaraq 40 min manatadək dəyişir.

30 Aprel 2026
Economy

Braziliyada Şakiranın konsertinə hazırlıq zamanı faciə baş verib - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində kolumbiyalı müğənni Şakiranın konserti üçün səhnə yığımı zamanı işçilərdən biri xəsarət alıb və nəticədə həyatını itirib.

30 Aprel 2026
Şou-biznes

Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri ÖLDÜ - VİDEO

Bakıda gənc oğlanın dəm qazından zəhərlənib ölməsi, yeniyetmənin isə zəhərlənməsi üzrə araşdırma aparılır.

30 Aprel 2026
Society, Criminal