Məşhur "Moskva göz yaşlarına inanmır" filminin ulduzu Vera Alentova vəfat etdi
Rusiyanın Xalq artisti Vera Alentova 83 yaşında vəfat edib.
MediaOnline.Az TASS-a istinadən xəbər verir ki, Vera Alentova bir neçə saat əvvəl Mayakovski Teatrında aktyor Anatoli Lobotski ilə vida mərasimi zamanı özünü pis hiss edib. Xalq artisti üçün təcili yardım çağırılıb. O, xəstəxanaya çatdırılıb, lakin aktrisanın həyatını xilas etmək mümkün olmayıb.
Vera Alentovanın ölümünün ilkin səbəbi kəskin ürək çatışmazlığıdır. Rusiya mediasının məlumatına görə, aktrisanın bir neçə il əvvəl keçirdiyi koronavirus infeksiyası səbəbindən qismən pisləşən ürək problemləri vardı.
Qeyd edək ki, aktrisa 21 fevral 1942-ci ildə Arxangelsk vilayətində anadan olub. Bir sıra məşhur filmlərdə çəkilib. Amma ona dünya şöhrəti qazandıran 1981-ci ildə "Ən yaxşı xarici film" nominasiyasında Oskar mükafatı qazanan Vladimir Menşovun "Moskva göz yaşlarına inanmır" olub.
Aktaudakı qəzaya həsr olunan "Səma qurbanları" filmi: "Həmişə ürəyimizdə olacaqlar"
Layihədə Milli qəhrəmanlarımız - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyeva, eləcə də sağ qalan ekipaj üzvləri Aydan Rəhimli və Zülfiqar Əsədovun görüntülərinə yer verilib.
Bakıda taksi sürücüsü 80 qəpiyə görə Yeni ili həbsdə keçirəcək
Bakıda taksi sürücüsü ilə xanım müştərisi arasında insident baş verib.
"Arsenal"ın məşhur futbolçusu İngiltərə futbolunun tarixinə düşüb
"Arsenal"ın hücumçusu Qabriel Jesus İngiltərə Premyer Liqasının tarixinə düşüb.
Çində 22 kilometr uzunluğunda avtomobil tunelinin açılışı olub
Çində 22 kilometrdən çox uzunluğu olan Tyanşan-Şenli avtomobil tuneli açılıb.