Azərbaycan və Qazaxıstan Baş nazirləri AZAL təyyarəsinin qəzasının birinci ildönümündə bir-birinə başsağlığı veriblər
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və qazaxıstanlı həmkarı Oljas Bektenov Azərbaycan Hava Yollarının Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümü ilə bağlı bir-birinə başsağlığı veriblər.
Dekabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və qazaxıstanlı həmkarı Oljas Bektenov Azərbaycan Hava Yollarının Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümü ilə bağlı bir-birinə başsağlığı veriblər.
MediaOnline.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Qeyd olunub ki, baş tutmuş telefon təması zamanı Ə.Əsədov həmin faciəvi günlərdə hərtərəfli dəstəyə görə qardaş Qazaxıstanın hökumətinə və xalqına təşəkkürünü bildirib.
Hökumət başçıları bir-birinə, həlak olan şəxslərin ailə üzvlərinə və yaxınlarına, həmçinin hər iki ölkənin xalqına başsağlıqlarını ifadə ediblər.
Aktaudakı qəzaya həsr olunan "Səma qurbanları" filmi: "Həmişə ürəyimizdə olacaqlar"
Layihədə Milli qəhrəmanlarımız - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyeva, eləcə də sağ qalan ekipaj üzvləri Aydan Rəhimli və Zülfiqar Əsədovun görüntülərinə yer verilib.
Bakıda taksi sürücüsü 80 qəpiyə görə Yeni ili həbsdə keçirəcək
Bakıda taksi sürücüsü ilə xanım müştərisi arasında insident baş verib.
"Arsenal"ın məşhur futbolçusu İngiltərə futbolunun tarixinə düşüb
"Arsenal"ın hücumçusu Qabriel Jesus İngiltərə Premyer Liqasının tarixinə düşüb.
Məşhur "Moskva göz yaşlarına inanmır" filminin ulduzu Vera Alentova vəfat etdi
Rusiyanın Xalq artisti Vera Alentova 83 yaşında vəfat edib.