Sabiq nazirin dövlətə külli miqdarda vergi borcu yaranıb
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "Improtex Group"a daxil şirkətlərdən birinin - "İmprotex İndustries" MMC-nin dövlətə külli miqdarda borcu yarandığı məlum olub.
MediaOnline.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.
Məlumata görə, "İmprotex İndustries" şirkətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 223 740.24 manat vergi borcunun olduğu üzə çıxıb.
Xatırladaq ki, "İmprotex İndustries" MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Ələkbərov Ruslan Nizami oğludur. R.Ələkbərov sabiq nazirin qardaşı oğludur.
2013-cü ildən şirkətin metal konstruksiya və yük maşınlarının üst qurğularını, həmçinin kənd təsərrüfatı qoşqularını istehsal edən zavodu fəaliyyətə başlayıb.
"Improtex" qrupu isə 1991-ci ildə yaradılıb. F.Ələkbərov nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib.
Hazırda şirkətlər qrupuna "İmprotex Trucks & Buses", "İmprotex Industries", "Improtex Motors" və "Imagro" kimi törəmə şirkətlər daxildir. Bu şirkətlərin əməkdaşlıq etdiyi dünya brendləri sırasına "Rolls Royce", BMW, "MAN Truck & Bus SE", "Bobcat", "Massey Ferguson", "Hardox" və başqa bir neçə dünya nəhəngləri daxildir.
Aktaudakı qəzaya həsr olunan "Səma qurbanları" filmi: "Həmişə ürəyimizdə olacaqlar"
Layihədə Milli qəhrəmanlarımız - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyeva, eləcə də sağ qalan ekipaj üzvləri Aydan Rəhimli və Zülfiqar Əsədovun görüntülərinə yer verilib.
Bakıda taksi sürücüsü 80 qəpiyə görə Yeni ili həbsdə keçirəcək
Bakıda taksi sürücüsü ilə xanım müştərisi arasında insident baş verib.
"Arsenal"ın məşhur futbolçusu İngiltərə futbolunun tarixinə düşüb
"Arsenal"ın hücumçusu Qabriel Jesus İngiltərə Premyer Liqasının tarixinə düşüb.
Məşhur "Moskva göz yaşlarına inanmır" filminin ulduzu Vera Alentova vəfat etdi
Rusiyanın Xalq artisti Vera Alentova 83 yaşında vəfat edib.