"Zaqatala"nın qapıçısı oyundan əvvəl stadionu niyə tərk edib? - Klub prezidentindən AÇIQLAMA
Amin Ramazanovun meydançanın vəziyyətinə görə oyuna çıxmaqdan imtina etməsi yanlış məlumatdır
O, dünən "Zaqatala" - "Baku Sportinq" matçından əvvəl qolkiperin stadionu tərk etməsinin səbəbini açıqlayıb:
"Oyundan əvvəl Aminin yüksək hərarəti var idi. Hətta yüksək hərarət səbəbindən oyundan qabaq məşqdə də iştirak edə bilməmişdi. Oyunçu müayinə edilib, həkimlər tərəfindən sistem (fizioloji məhlul) köçürülüb. İki komanda arasındakı rəqabətə görə həm oyunçu özü, həm də biz bu oyunda iştirak etməsini istəyirdik. Oyun günü Aminin hərarəti 38.5-39 dərəcəyə qədər qalxıb. Oyunçu özü meydana çıxmaq istəsə də, baş məşqçi icazə verməyib. Əgər həqiqətən belə bir hadisə olsaydı, oyunçunu komandadan göndərərdik, amma faktiki olaraq oyunçu hazırda xəstəxanada yatır".
Qeyd edək ki, müqavilə ilə "Qarabağ" komandasına məxsus olan Amin Ramazanov icarə əsasında "Zaqatala" klubunda çıxış edir.
Aktaudakı qəzaya həsr olunan "Səma qurbanları" filmi: "Həmişə ürəyimizdə olacaqlar"
Layihədə Milli qəhrəmanlarımız - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyeva, eləcə də sağ qalan ekipaj üzvləri Aydan Rəhimli və Zülfiqar Əsədovun görüntülərinə yer verilib.
Bakıda taksi sürücüsü 80 qəpiyə görə Yeni ili həbsdə keçirəcək
Bakıda taksi sürücüsü ilə xanım müştərisi arasında insident baş verib.
"Arsenal"ın məşhur futbolçusu İngiltərə futbolunun tarixinə düşüb
"Arsenal"ın hücumçusu Qabriel Jesus İngiltərə Premyer Liqasının tarixinə düşüb.
Məşhur "Moskva göz yaşlarına inanmır" filminin ulduzu Vera Alentova vəfat etdi
Rusiyanın Xalq artisti Vera Alentova 83 yaşında vəfat edib.